Adolf Eyxman | |
---|---|
alm. Otto Adolf Eichmann | |
| |
Reyx Təhlükəsizliyinin Baş İdarəsinin Amt IV-ün alt bölməsi olan Referat IV B4-ün rəhbəri Gestaponun IV B4 bölməsinin müdiri | |
1941-ci il – 1945-ci ilin mayına qədər | |
Şəxsi məlumatlar | |
Doğum adı | Otto Adolf Eichmann |
Doğum tarixi | |
Doğum yeri | Zolingen, Reyn vilayəti, Prussiya krallığı, Almaniya İmperiyası |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Ramla, İsrail |
Vəfat səbəbi | asılma[d] |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, polis əməkdaşı[d] |
Atası | Adolf Karl Eyxman |
Anası | Mariya Şefferlinq |
Həyat yoldaşı | Veronika "Vera" Libel (1909-1997) |
Uşaqları |
|
Hərbi xidmət | |
Xidmət illəri | 1932-1945 |
Mənsubiyyəti | Üçüncü Reyx |
Qoşun növü | SS |
Rəhbərlik edib | SS birləşmələri |
Döyüşlər | İkinci Dünya Müharibəsi |
Rütbəsi | SS Oberşturmbannführeri |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Nasional Sosializm[2], Holokost[2], müharibə cinayəti[2] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Otto Adolf Eyxman[3] (alm. Otto Adolf Eichmann; 19 mart 1906[4][5][…], Zolingen[d], Prussiya, Almaniya imperiyası[6] – 1 iyun 1962[7][8], Ramla[d], İsrail[9][10]) — Almaniya zabiti, Gestapo məmuru, yəhudlərin kütləvi şəkildə məhv edilməsinə birbaşa cavabdeh şəxs.[11]
Ona SS-Oberqrupanfüreri Reynhard Heydrix tərəfindən II Dünya müharibəsi zamanı Nasistlərin işğalı altında olan Şərqi Avropadakı yəhudilərin getto və ölüm düşərgələrinə kütləvi surətdə köçürülməsində istifadə edilən maddi-texniki bazanı asanlaşdırmaq və idarə etmək vəzifəsi tapşırılmışdı. O, "Yəhudi məsələsinin son həllinə" cavabdeh olan Gestaponun IV B 4 şöbəsinin rəhbəri, SS Oberşturmbannfureri olmuşdur. Müharibədən sonra məhkəmədən qaçaraq Cənubi Amerikada gizlənmişdir. Burada İsrail kəşfiyyatı "Mosad"ın agentləri onu izləmiş, qaçıraraq İsrailə aparmış, orada məhkum olunaraq ölüm cəzası almış və edam edilmişdir.
Məktəbi bitirdikdən qısa müddət sonra Eyxman 1914-cü ildə ailənin köçdüyü Avstriyada atasının mədən şirkətində çalışmışdı. 1927-ci ildən başlayaraq səyar kerosin ticarəti ilə məşğul olmuş, 1932-ci ildə həm Nasional Sosialist Alman Fəhlə Partiyasına, həm də SS-yə qoşulmuşdur. 1933-cü ildə Almaniyaya qayıtmış, burada Təhlükəsizlik xidmətinə SD daxil olmuşdur. Orada o, yəhudi işlərinə, xüsusən nasistlərə zorakılıq və iqtisadi təzyiq ilə təşviq etdiyi mühacirətə cavabdeh olan şöbə müdiri təyin edilmişdi. 1939-cu ilin sentyabrında İkinci Dünya müharibəsi başlayandan sonra Eyxman və heyəti yəhudilərin şərqə ya da uzaq şərqə və ya xaricə mühacirət ediləcəyi ümidi ilə gettolarda cəmləşməsini təşkil etmişdilər. O, əvvəlcə Polşanın cənub-şərqindəki Nisko, daha sonra Madaqaskara yəhudi mühacirəti layihələrini hazırlamışdır, lakin bu planların heç biri reallaşmamışdır.
Nasistlərin 1941-ci ilin iyununda SSRİ-yə hücumu ilə yəhudi siyasəti mühacirətdən məhv edilmə istiqamətinə dəyişdi. 1941-ci ildə Eyxman Auşvitzə baş çəkmiş, bundan sonra yəhudilərin ölüm düşərgələrinə göndərilməsinə icazə vermişdi. Reynhard Heydrixin əmri ilə 1942-ci il yanvarın 20-də "yəhudi məsələsinin son həlli" — bir neçə milyon yəhudinin məhv edilməsi ilə bağlı tədbirlərin müzakirə edildiyi Vanze konfransında iştirak etmişdi. O, katib olaraq iclasın protokollarını hazırlayırdı. Eyxman yəhudilərin Şərqi Avropaya sürgün edilməsi məsələsini dərhal həll etmək təklifini irəli sürmüşdü. Bu əməliyyatın birbaşa icra edilməsi Eyxmana tapşırılmışdı.
O, Gestapoda imtiyazlı hüquqa malik idi. Buna görə Eyxman tez-tez rəhbərləri H. Müller və E. Kaltenbrunnerin üzərindən birbaşa Himmlerdən əmrlər alırdı. 1944-cü ilin mart ayında Budapeştdən Auşvitzə aparılan macar yəhudilərinin nəqliyyatını təşkil edən dəstəyə rəhbərliyi həyata keçirən şəxs olmuşdur. 1944-cü ilin iyulunda nəqliyyatın çatmaması səbəbilə Macarıstanda yaşayan 725.000 yəhudinin 437.000-i öldürülmüşdü.[12] 1944-cü ilin avqustunda Himmlerə təqdim etdiyi hesabatda 4 milyon yəhudinin məhv edilməsi əksini tapmışdı.[13].
1945-ci ildə Almaniyanın məğlubiyyətindən sonra Eyxman ABŞ qüvvələri tərəfindən tutuldu, ancaq sonradan həbs düşərgəsindən qaçdı və yenidən tutulmamaq üçün Almaniya ərazisində tez-tez yer dəyişdirərək hərəkət edirdi. Katolik yepiskopu Alois Hudalın rəhbərlik etdiyi Fransiskan rahibləri təşkilatın köməyi ilə əldə etdiyi saxta sənədlərdən istifadə edərək Argentinaya köçdü. Buna qədər isə o, 1950-ci ilə qədər Aşağı Saksoniyanın kiçik bir kəndində gizlənirdi. İsrailin kəşfiyyat xidməti "Mossad" tərəfindən toplanan məlumatlar əsasında 1960-cı ildə onun Cənubi Amerikada yerləşdiyi təsdiqləndi. Eyxman "Mossad" və "Şabak" agentlərindən ibarət qrup tərəfindən tutularaq İsrailə gətirildi. Burada o, 15 cinayət ittihamı, o cümlədən müharibə cinayətləri, insanlığa qarşı cinayətlər və yəhudi xalqına qarşı cinayətlər üzrə mühakimə olunmaq üçün məhkəmə qarşısına çıxarıldı. Məhkəmə prosesində Holokostu və ya bunun təşkilindəki rolunu inkar etmədi, sadəcə totalitar sistemindəki əmrlərə tabe olduğunu iddia etmişdi, lakin bu ona kömək olmadı bütün ittihamlarla günahkar bilindi və 1962-ci il iyunun 1-də asılaraq edam edildi. Məhkəmə mediada geniş izlənildi və sonradan bir neçə kitabın, o cümlədən Xanna Arendtin "Eyxman Qüdsdə" kitabında əksini tapdı. Arendt Eyxmanı təsvir etmək üçün "Şərin adiliyi" ifadəsini işlətmişdi.[14]